21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” – deyə dövlət başçısı bu qanlı soyqırım aktına görə dünya birliyinin biganə yanaşmasına diqqət çəkib. Azərbaycan dövləti bu onilliklər ərzində çalışırdı ki, qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versin. Amma bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba  yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq. Buna güclü, qalib Azərbaycan dövləti tam təminat verir”.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan və ona havadarlıq edənlərin güclü Azərbaycanın yaratdığı yeni reallığı nəhayət qəbul etməlidir: “Ölkəmizin başçısı Xocalıda bir daha mesaj verdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə II Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, gühasız qurbanlarımızın qisasını döyüş meydanında aldı. Azərbaycan isə Ermənistandan fərqli olaraq bu hərbi əməliyyatlarda dinc əhali ilə heç vaxt müharibə aparmayıb”.

Zeynalov Ceyhun

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın