Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır
Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır
Dünyada yaşıl enerji mənbələrinə investisiyalar sürətlə artır. Bu isə belə mənbələrdən əldə edilən enerjinin payını artırmaqla yanaşı, onun maya dəyərini də aşağı salır. Ənənəvi enerji məhsulları ilə zəngin olan Azərbaycanda bərpa olunan enerjiyə – xüsusilə də külək və günəş enerjisi ilə bağlı müzakirələr çoxdan getsə də, bu sahəyə dövlət səviyyəsində diqqət son illərdə kəskin artıb. Bərpa olunan mənbələrdən alınan enerjiyə keçidlə bağlı qəbul edilən beynəlxalq konvensiyalara qoşulan Azərbaycan da dünyanı karbon qazı emissiyalarından xilas etmək prosesinə öz töhfəsini verməyə çalışır. Düzdür, Azərbaycanda yaşıl enerji mənbələrindən biri olan su elektrik stansiyalarının tikintisi hələ Sovet dövründə həyata keçirilsə də, bu yolla əldə olunan enerjinin payı ümumi enerji istehsalında çox cüzi olmaqda davam edir.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün çox böyük potensial var. Bu hədəfə çatmaq üçün hazırda bir sıra islahatlar həyata keçirilir, xarici şirkətlərdən bu sahəyə investisiya cəlbi üzərində işlənilir. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb.
Azərbaycanda yaşıl enerji keçid prosesini daha sürətləndirəcək başlıca amil isə işğaldan azad olunmuş ərazilərdə enerji təchizatının tamamilə bərpaolunan mənbələr hesabına həyata keçirilməsi olacaq. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji istehsalı üçün kifayət qədər geniş imkanlar var. Bu ərazilər Günəş, külək və su ehtiyatları ilə zəngindir. Göründüyü kimi, Azərbaycanda yaşıl enerjiyə keçid prosesi gec də olsa, sürətlənir. Bu isə yaxınmüddətli dövrdə ölkədə biznesin inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycan biznesinin bu imkanlardan bəhrələnmək üçün indidən fəaliyyətlərə başlaması, müvafiq ixtisaslaşmaların təmin olunması zəruridir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
Azərbaycan və Albaniya iki dost ölkədir
Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycan prezidenti Cənab İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan və Albaniya iki dost ölkədir və ölkələrimiz arasında müxtəlif sahələrdə fəal əməkdaşlıq edilir.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə – Albaniya ilə Azərbaycan arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq daim inkişaf edir.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır.Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları və bu iclaslarda səsələndirilən fikirlər Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində təsis edilmiş Məşvərət Şurası səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr verib.
Cənub Qaz Dəhlizi öz miqyasına və əhəmiyyətinə görə həqiqətən də olduqca böyük bir layihədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Məlum olduğu kimi “Cənub qaz dəhlizi” bir-birinə calanan üç kəməri – genişləndirilmlş Cənubi Qafqaz Boru Kəmərini, Trans-Anadolu Qaz Boru Kəmərini və Trans-Adriatik Qaz Boru Kəmərini birləşdirir. Uzunluğu 3500 kilometr olan boru kəməri sistemi olan bu layihə təkcə enerji təhlükəsizliyi deyil, həm də əməkdaşlıq layihəsidir.
Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində də iştirak edir və bu sahədə ön sıralardadır deyə bilərik. Məlum olduğu kimi bir neçə layihəyə artıq start verilib. Dövlət başçısının bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev
Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir
Dünyada yaşıl enerji mənbələrinə investisiyalar sürətlə artır. Bu isə belə mənbələrdən əldə edilən enerjinin payını artırmaqla yanaşı, onun maya dəyərini də aşağı salır. Bərpa olunan mənbələrdən (külək, günəş, su, biokütlə və sair) alınan enerjiyə keçidlə bağlı qəbul edilən beynəlxalq konvensiyalara qoşulan Azərbaycan da dünyanı karbon qazı emissiyalarından xilas etmək prosesinə öz töhfəsini verməyə çalışır. İnkişaf etmiş ölkələrdə bu sahəyə investisiya yatırımına 2000-ci illərin əvvəllərində başlanıb, lakin 2010-cu ildən sonra kəskin şəkildə artıb. Ənənəvi enerji məhsulları ilə zəngin olan Azərbaycanda bərpa olunan enerjiyə – xüsusilə də külək və günəş enerjisi ilə bağlı müzakirələr çoxdan getsə də, bu sahəyə dövlət səviyyəsində diqqət son illərdə kəskin artıb.
Martın 1-də ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün həqiqətən də mühüm hadisədir. Prezident cənab İlham Əliyevin “Gülüstan” sarayında keçirilən sözügedən tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlər və verdiyi önəmli mesajlar isə təkcə daxili auditoriyaya deyil, həm də xarici tərəfdaşlarımıza və Azərbaycana qarşı çirkin qaralama kampaniyaları aparan qüvvələrə ünvanlanıb. Bu cür mötəbər tədbirlər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin qlobal əməkdaşlıq platformalarına çevrilməsi işinə daha da təkan verəcək. Azərbaycan Prezidenti çıxışında tərəfdaşlıqda etibarlılıq amilinə xüsusi olaraq toxundu və bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib, bizim sözümüz imzamız qədər dəyərlidir. Ona görə də bizimlə əməkdaşlıq edən ölkələr, beynəlxalq təşkilatlar, transmilli şirkətlər əmin ola bilərlər ki, qarşımıza qoyduğumuz planlar, üzərimizə götürdüyümüz bütün öhdəliklər vaxtında həyata keçiriləcək. Azərbaycanın etibarlı tərəfdaş olması bizimlə əməkdaşlığı genişləndirməkdə maraqlı olan tərəflər üçün əsas amillərdən biridir.
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov