21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“İcra hakimiyyətində mənə dedilər ki, “get kartını paylaş, camaatdan kömək istə “.” – Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

“İcra hakimiyyətində mənə dedilər ki, “get kartını paylaş, camaatdan kömək istə “.” – Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

“İcra hakimiyyətində mənə dedilər ki, “get kartını paylaş, camaatdan kömək istə “.”

DogruXeber.az” xəbər verir ki, bu sözləri qazi Orxan Həsənzadə “Kanal14” YouTube kanalında yayımlanan “Kamalın zamanı” proqramında deyib.

Orxan Sulduz oğlu Həsənzadə. Tərtər rayon sakinidir. İkinci Vətən müharibəsində döyüşüb, ağır yaralanıb və üçüncü qrup müharibə əlilidir.

Ölkə başçısının sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətlərə görə ” medalları ilə təltif olunub.

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

Bildirir ki, atası vəfat edib, anası onkoloji xəstədir. Anası və kiçik qardaşı onun himayəsindədir. Evin dolanışığı bir tərəfdən, xəstə ananın və özünün müalicəsi digər tərəfdən Orxanı maddi çətinliyə salıb.

Orxan bildirir ki, müharibə bitdikdən sonra müalicəsi üçün “YAŞAT” fonduna müraciət edib. Lakin, fond ona köməklik göstərməyib. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq, bankdan kredit götürüb, əməliyyat olunub, müəyyən qədər müalicə götürüb. Amma, pul qurtardığı üçün yenə də müalicəsi yarımçıq qalıb. Bir tərəfdən kredit borcu, digər tərəfdən müalicəsi, yuxarıda da qeyd etdiyimiz kimi ananın müalicəsi, dolanışıq və sair… bütün bunları yeganə gəliri olan pensiya ilə təmin etməsi mümkünsüzləşib.

Orxan bildirir ki, “kreditimi ödəsin deyə “YAŞAT ” fonduna yenidən müraciət etdim, onlar deyir biz müharibədən əvvəlki borcları bağladıq, müharibədən sonra bizə aid deyil. Halbuki, onlar müalicəmi etdirmədiyi üçün mən məcbur olub kredit götürmüşdüm. Dəfələrlə Məşğulluq idarəsinə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də, İcra Hakimiyyətinə də iş üçün müraciət etmişəm ki, heçolmasa bir işlə təmin etsinlər, borcumu ödəyə və müalicəmi davam etdirə bilim. Onu da etmirlər. İcra Hakimiyyətində mənə deyirlər, “get kartını paylaş, bəlkə kimsə kömək edər”. Mən bu vətən üçün döyüşmüşəm, niyə xalqdan kömək istəyim? Mən qazilərin “diləndirilməsi”nin əleyhinəyəm. Dövlətim etməlidir mənə köməyi, xalq yox.”

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

Qeyd edək ki, Orxan Həsənzadənin müraciəti ilə bağlı qarşı tərəf olaraq, Tərtər Rayon İcra Hakimiyyətində “Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsi”nin müdiri Ülvi Nəcəfov ilə telefon əlaqəsi saxladıq.

Ülvi Nəcəfov bildirdi ki, “Orxan kreditinin ödənilməsini istəyir, onu da ki, müharibədən əvvəlki borcu “YAŞAT” fondu ödəyirdi, yeni borcları yox. Orxana özünüməşğulluq proqramı çərçivəsində 3 baş iribuynuzlu heyvan və 12 sot həyətyanı torpaq sahəsi verilib. Özü də hazırda Bakıda yaşayır”.

Orxan Həsənzadə canlı yayımda Ülvi Nəcəfovun bildirdiklərinə aydınlıq gətirdi.

– “3 heyvan verilmişdi, biri gələn kimi öldü, ikisi də çox zəif idi satdım. Qaldı ki, torpağa, mənə çöllükdə (təsərrüfat sahələrinin yanında) 12 sot həyətyanı torpaq veriblər, hər ağzımı açanda başıma qaxırlar ki, “sənə torpaq verilib”. Mən o, torpağı yeyə, onunla müalicəmi etdirə bilmirəm axı. Mən iş istəyirəm. Bakıya da işləmək məqsədilə gəlmişəm. Bir dostum var, kombi ustasıdır, sağolsun o, çağırıb özü ilə iş olanda məni də aparır, heç mənə iş də vermir, özü edir, amma qazandığı puldan mənə də verir ki, evimə çörək alım.

Tərtərdə mənə iş verdilər də, mənmi işləmədim? Orda işim olsa, mənim burada nə işim var?”

Qeyd: Bildiririk ki, Orxan Həsənzadə bir neçə dəfə “tik-tok” sosial şəbəkəsində də öz etirazını sərt sərt sözlərlə ifadə edərək, paylaşım edib.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonunda daha bir müharibə əlili rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəxsi mülklərini təqdim edərək, haqsızlığa etiraz etməsi videogörüntüləri də sosial şəbəkələrdə yayımlanmışdı.

Bundan əlavə bir qrup Tərtər rayon Əskipara kənd sakinləri “DogruXeber.az” informasiya agentliyinə müraciət edərək, icra başçısının əkinə yararlı torpaq sahələrini mənimsədiyini və suvarma zamanı suyun qarşısını kəsərək öz sahələrinə, eləcə də digər kəndlərin sahələrinə ödəniş qarşılığında yönləndirtdiyini iddia edirdilər.

Uzun sözün qısası, Orxan Həsənzadə Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov fəaliyyətindən narazı qalan nə yeganə Tərtər sakini deyil, nə də bu rayondan olan yeganə qazi.

Qeyd edək ki, icra başçısı kürsüsünə 10 il əvvəl ilk dəfə elə Tərtər rayonunda əyləşən Müstəqim Məmmədov barəsində 10 ildə yerli mətbuatda kifayət qədər tənqidi yazılar yer alıb.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın