“Təhsildə sağlam düşüncə” layihəsi uğurla icra olunub – FOTOLAR
Beyləqan rayon Kəbirli kəndində 15.09.2023 – 15.06.2024-cü il tarixləri aralığında Beyləqan rayon Kəbirli kənd 2 nömrəli məktəb tərəfindən icra olunan “Təhsildə sağlam düşüncə” adlı layihənin tədbirləri uğurla yekunlaşıb.
Feso.az xəbər verir ki, layihə çərçivəsində Kəbirli kəndində yerləşən məktəblərin şagirdləri bir sıra fəaliyyətlərə cəlb ediliblər. Hər bir tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi anılıb və layihə haqqında məlumat verilib. Şagird və müəllim kollektivi ilə “Bullinq nədir?”, “İntihar hallarına qarşı necə davranmaq olar?”, “Maliyyə savadlılığı və borclanmanın yaratdığı psixoloji problemlər” və digər mövzularda təlim və seminarlar təşkil olunub.
Layihədə ümumilikdə 250 nəfər şagird iştirak edib. Onlara müxtəlif paylanma materialları da təqdim edilib.
Qeyd edək ki, “Təhsildə sağlam düşüncə” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Beyləqan rayon Kəbirli kənd 2 nömrəli kənd tam orta məktəbi tərəfindən icra olunur.