22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı

Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı

Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı.

Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi  bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu. Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri. Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra  1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. Bakı Enerji Həftəsinin dünya ictimaiyyəti üçün nə qədər vacib əhəmiyyətə malik olduğunu söyləsək, mübaliğə etmiş sayılmarıq. Bu, enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür. Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır. Göründüyü kimi, bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib. İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub. Bu mövzu Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutacaq. Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

 Zərdab Gənclər evinin psixoloqu- Cəvahir Murtuzayeva

 

 

Bakı Enerji Həftəsi

Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır. Göründüyü kimi, bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub. Bu mövzu Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutacaq.Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirlərinə də yer ayırıb. “Şahdəniz” qaz yatağının əhəmiyyətindən danışan Prezident İlham Əliyev hazırda Azərbaycanın təbii qaz ixracının artdığını, bu il ixracatın 24 milyard kubmetrdən artıq olacağını bildirib. O əlavə edib ki, səkkiz ölkə Azərbaycandan qaz alır, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb və bu, həqiqətdir. Azərbaycanın lideri vurğulayıb ki, hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Sevil Mecidli – Zərdab Gənclər evi SXM-in dərnək rəhbəri

 

 

Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu.

Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib. Dövlətimizin başçısı bu fikirləri istinadla bildirilib ki, “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq.Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.“Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir. Bərpaolunan enerji sahəsində xüsusi əhəmiyyət kəsb edən iki konkret təşəbbüsü də qeyd etmək istəyirəm. Bunlardan birincisi bölgəmizdə yaşıl enerji dəhlizi yaratmaq üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında tərəfdaşlıqdır. Digər qonşu ölkələr də bu təşəbbüsə qoşulmağa maraq göstərirlər. Digər mühüm təşəbbüs Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Energetika Kompleksləri Federasiyası (WindEurope) arasında Xəzər dənizində külək enerjisinin istehsalını inkişaf etdirməyə dair razılıqdır. Azərbaycanın nadir potensialı və ambisiyası ilə Avropa İttifaqının dənizdə külək energetika texnologiyaları sahəsindəki sektor üzrə qlobal liderliyinin olması mükəmməl bir uyğunluq təşkil edir.

Azad Kərimli – Zərdab Gənclər evi SXM-in əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın