21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar

Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar

Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar.

Ümummilli Lider sabitliyi hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkərək Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.Nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.  Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, torpaqlarımızın tarixi sahibinə qovuşması idi.Məhz buna görə 2003-cü ildə xalqa tarixi müraciətində Ulu Öndər  Azərbaycanın gələcəyini düşünərək növbəti inamın ünvanını göstərdi. Bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq və Ona özü qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyir. Son 20 ildən artıq dövrün reallıqları Ümummilli Liderin ümidinin doğrulduğunu, Azərbaycanın məhz Onun görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldiyini təsdiqləyir. Tarixi Qələbəmiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi 20 ildə görülən işlərin, qazanılan uğurların zirvəsində dayandı. Ulu Öndər Heydər Əliyev torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əmin idi. Onun keçmiş məcburi köçkünlərlə görüşlərinin birində səsləndirdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” söylədi.” Hər bir bayram, əlamətdar gün keçilən yolun təhlilini, qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Hər dövrün öz çağırışları, tələbləri vardır. Dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə qeyd edir ki, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək. Son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasını genişləndirmək, soydaşlarımızın bu torpaqlara qayıdışını tam şəkildə reallığa çevirməkdir. Artıq 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Təbii ki, bu, son deyil. Dövlətimizin başçısı sentyabr ayından Xankəndi şəhərinə köçün başlayacağını bildirdi. Bu il, həmçinin Cəbrayıl, Kəlbəcər şəhərlərinin də sakinlərini qarşılayacağı nəzərdə tutulub. Artıq bu torpaqlarımız özünün çal-çağırlı günlərini yaşayır.

Toğrul Abulov-Zərdab Gənclər Evi SXM-in əməkdaşı.

 

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin ayın 24-dən etibarən isə  Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.Ümummilli Liderin xalqın yekdil seçimi əsasında Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə həris “liderlərin” hakimiyyətinə son  qoyuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ulu Öndərin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.Dahi dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda, iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələr həyata keçirilməyə başlandı.Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür. Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.Bu gün Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr etmişdir. Bu gün Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Nəhayət ki, bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.

 Cəvahir Murtuzayeva-Zərdab Gənclər Evi SXM-in psixoloqu.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın