21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Görünür onun rəisinin “baxış şeyi” qanun tanımır – Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO

Görünür onun rəisinin “baxış şeyi” qanun tanımır – Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO

– “Müəllim, mən orda özüm olmuşam, evə baxış keçirmişəm”.
– “Siz orda olanda nə gördünüz, nə cavab vermisiniz?”.
– “Cavab budur ki, ev qəzalıdır, amma ki, onun təbii fəlakətlə bağlı olub-olmadığı müəyyən edilməmişdir”.
– “Bəs axı bizdə videogörüntülər var ki, təbii fəlakət nəticəsində ev qəzalı vəziyyətə düşüb.”
– “Qardaş, vallah mənim rəhbərliyimin baxış nöqtəsi odur”.
– “Sizin rəhbərinizin adı nədir?”
– “Müəllim, bizim rəhbərimizin baxış şeyi odur.”

DogruXeber.az” bildirir ki, bu dialoq özünü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Dövlət Baş Layihə İnstitutunun əməkdaşı kimi təqdim edən Rüstəm adlı şəxslə “DogruXeber.az” informasiya agentliyinin rəhbəri Kamal Əsgərov arasında keçib.

Xatırladaq ki, bir neçə gün əvvəl agentliyimizin tabeliyində fəaliyyət göstərən “https://www.youtube.com/@kanal14.” YouTube kanalında canlı yayımlanan”Kamalın zamanı” proqramı ilə bağlantı yaradan Daşkəsən rayon sakini Məmmədova Vüsalə Qabil qızı bildirirdi ki, onlar 2023-cü ilin iyun ayından sonra düz 4 ay iki ailə olaraq, Fövqəladə Hallar Nazirliyinin onlar üçün düzəltdiyi iki çadırda yaşayıblar. Daha sonra isə kirayədə yaşayamağa məcbur olublar.

“Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın” – Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Qeyd edək ki, Daşkəsən rayon, Məmməd Əsədov küçəsi, ev 5- ünvanında yaşayan və üzvləri arasında qaziləri, veteranları olan bu iki ailənin mənzili ötən ilin iyun ayında baş vermiş təbii fəlakət nəticəsində uçub.

Aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Dövlət Baş Layihə İnstitutunun əməkdaşları ailə üzvlərinin iştirakı olmadan uçan evə baxış keçirib, akt tərtib ediblər. Aktda isə mənzilin uçmasının təbii fəlakətlə bağlı olub-olmadığının müəyyən edilmədiyi qeyd olunub. Məhz bu səbəbdən də təbii fəlakətdə ziyan görmüş mənzillər üçün dövlət tərəfindən ayrılan vəsaitdən 4 üzvünün vətən üçün can qoyduğu bu ailə yararlanmayıb.

Bütün qonşuların, eləcə də yerli icra orqanı əməkdaşlarının şahidliyi və hadisəni aydınca əks etdirən görüntüləri olmasına baxmayaraq, Gəncə Layihə İnstitutunun məsul əməkdaşı Rüstəm bəyin adını sirr saxladığı rəisinin “baxış şeyi”nə görə iki ailə bir ildən çoxdur qazisiylə, veteranıyla, yaşlısıyla, körpəsiylə gah çadırlarda, gah da kirayələrdə yaşayırlar.

Qeyd edək ki, Vüsalə Məmmədovanın bildirdiyinə görə, onlar Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəhbəri Cəbrayıl Xanlarovun da qəbulunda da olublar. Amma ki, çifayda… Nəticə dəyişməyib.

Təbii ki, övladlarını Avropada ən bahalı məktəblərdə oxudan, eləcə də milyardlarla ölçülən sərvətlərə sahib olan Cəbrayıl Xanlarovun bu ailənin durumuna biganə yanaşması başadüşüləndir.
Görünür, bu qədər biznesləri olan dövlət məmurunun öz vəzifəsinə ayıracaq vaxtı qalmır.

Siyahı:

1. Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə, sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldılıb.
Qeyd edək ki, Nazim Xanlarov Cəbrayıl Xanlarovun oğludur.
2.Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti – PROSPER CARTON STUDİO isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.

3. Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir.
Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.

4. Nobel prospekti, (Köhnə Volvo servis)5. Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)
5. Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)6. Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)
7. Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir.
8. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.
1) PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).
2) PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).
3) PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.
4) PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).
6) PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).

8. Dövlət Agentliyinin rəhbəri özü isə hələ 2004-cü ildə təsis edilmiş “POLİ-TRANS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır.

Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus “AZƏRİ STANDART” və “AZƏR KARQO” şirkətləri də hüquqi qeydiyyatdadır.

9. Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti – ANKER CREATIVE SOLUTIONS” Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.

Yox, bu hələ hamısı deyil.

İndi baxın və insafən özünüz düşünün, bu qədər işin-gücün arasında Cəbrayıl müəllim vətəndaşa necə vaxt ayırsın ?

Əslində bu yazıya Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun özünün də sahib olduğu bizneslərinin siyahısını əlavə etmək istədik, təəssüf ki, siyahı çox böyük olduğundan sistem error verdi. Odur ki, növbəti günlərdə bunu ayrıca yazı olaraq izləyicilərimizə təqdim edəcəyik.

Qeyd: Vətəndaş Vüsalə Məmmədovanın müraciəti əsasında aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə rəsmi sorğular göndərdiyimizdən təqribən yarım ay müddət keçməsinə baxmayaraq, qurum tərəfindən hələ cavablandırılmayıb.

Mövzunu davam etdirəcəyik !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın