22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı – GORANBOYDA ŞOK !!!

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı – GORANBOYDA ŞOK !!!

Goranboyda ŞOK Olay!

DogruXeber.az” xəbər verir ki, Goranboy rayonunda iş adamı kimi tanınan və Med life hospitalın fəaliyyət göstərdiyi binanın sahibi olduğu deyilən Mustafayev Nicat Xaliq oğlu sözügedən hospitalda tibb bacısı işləyən evli qadınla birlikdə rayonu tərk edib.

Qeyd edək ki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, qadın elə həmin hospitalda gözətçi işləyən Ruslan adlı şəxslə evlidir, iki övladı var. Nicat Mustafayev özü də hazırda başqa xanımla rəsmi nigahdadır.

Hospitalda tibb bacısı işləməklə bərabər Nicat Mustafayevin evində xidmətçi olaraq çalışdığı deyilən qadının evdən gedərkən hər iki övladını özü ilə götürdüyü, lakin sonradan birini ataya qaytardığı da daxil olan məlumatlar arasındadır.

Qeyd edək ki, məlumatla bağlı ilk öncə sözügedən hospitalın əlaqə nömrəsinə zəng edib, Nicat Mustafayevin telefon nömrəsini istədik. Dəstəyi qaldıran xanım az sonra bizə dönüş edəcəyini deyib, dəstəyi asdı. Ardından həmin nömrə ilə bizə zəng edib özünü hospitalın baş həkimi Günay xanım kimi təqdim edən xanım, nə ilə bağlı zəng etdiyimizi soruşdu.

Redaksiamıza məlumat daxil olduğunu və bununla bağlı Nicat bəyin də fikrini öyrənmək istədiyimizi bildirdik. Xanım isə cavabında, “Nicatdan nə yazırsınız yazın, hospitalın adını çəkməyin onun bura ilə əlaqəsi yoxdur” deyə cavab verdi.

Daha sonra, Nicat Mustafayevin özünün telefon nömrəsini əldə edib, ona zəng etdik.
Nicat bəy sualımızı dinləyib biraz duruxduqdan sonra, heç bir fikir bildirmədən sağollaşdı. “Cavab vermək istəmirsinizmi?” deyə soruşduğumuzda, sanki biraz tərəddüdlə “xeyr” dedi.

Dinimizə, mentalitetimizə zidd olan bu kimi hallar təəssüflər olsun ki, son zamanlar daha da artmaqdadır.
Düşünürük ki, qanunlarımız artıq bu kimi hallarla ciddi mübarizəyə qalxmalıdır.

Qarşıdakı günlərdə bu barədəki təfərrüatları diqqətinizə çatdıracağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın