21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır

Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır

Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır

Prezident İlham Əliyev Qubadlının azad olunmasının birinci ilində, 2021-ci ilin 25 oktyabr tarixində Qubadlıya növbəti səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Qubadlı əməliyyatı”nın müharibənin gedişatında mühüm rol oynadığını bir daha dilə gətirdi. Qeyd etdi ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir.

Dövlətimizin başçısı “İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik”, – deyərək, bir daha bildirdi ki, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul və etiraf etdi, məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.

Bəli, bu gün işğaldan azad olunmuş yurd yerlərimiz də daxil olmaqla, 27 il işğal həyatı yaşayan Qubadlı rayonu azaddır, azad nəfəs alır. Dörd ildir ki, Qubadlımız da öz azadlığını, sevincini, xoşbəxtliyini, qürurunu yaşayır. Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır. Cənab İlham Əliyevin Qubadlıya hər səfəri zamanı açılışlar və təməlatma mərasimləri baş tutur. Bəli, Qubadlı əvəllkindən də gözəl və abad olacaq. Bəli, Qubadlı bir daha işğal dönəmi, işğal həyatı yaşamayacaq və daha da inkişaf edəcək.

Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, ölkə Prezidenti 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.

Eyni zamanda, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın