21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qazinin ağzını tikməsinə səbəb olan məmurlar… – VİDEO

Qazinin ağzını tikməsinə səbəb olan məmurlar… – VİDEO

Dogruxeber.az” xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasından Culfa şəhər sakini, ikinci qrup müharibə əlili Qasımov Vüqar Əliyar oğlu, agentliyin tabeliyində fəaliyyət göstərən “Kanal14” ilə canlı bağlantı yaradaraq, 16 gündür öz hüquqları uğrunda mübarizə apardığını deyib.

Artıq, bir neçə ildir sivil qaydada – aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər edən, lakin hələ də nail ola bilməyən Vüqar Qasımov 16 gündür öz ağzını iynə-sapla tikərək etiraz aksiyası keçirdiyini deyib.

Onu bu addımı atmağa vadar səbəb ona məxsus rəsmi çıxarışı belə olan 4 iaşə obyektlərinin Naxçıvan rəhbərliyinin göstərişilə sökülməsidir. Vüqar Qasımovun sözlərinə görə sökülmə səbəbini belə bilmədiyi obyektlərinin əvəzinə ona hər hansı təzminat verilməyib. Belə olan halda məhkəməyə müraciət edib, lakin görünən odur ki, “klassik Azərbaycan məhkəməsi” öz “adət-ənənəsinə sadiq qalaraq” ədalətli qərar verməmək üçün əlindən gələni edir.

Nə az – nə çox, düz 11 məhkəmə prosesinin keçirildiyinə rəğmən hələ də bu proseslərin tanışlıq prosesi olduğunu deyən qazinin sözlərinə görə, xeyli mübarizədən sonra sökülən iaşə obyektlərinin əvəzində ona qupquru dağın ətəyində kiçik boş torpaq sahəsi verilməsi təklif olunub.

Bildirir ki, “müharibə əlillərinə verilməli olan mənzil belə mənə pul ilə verilmişdi, o, da söküldü. Mənim 4 obyektimlə bərabər, bir neçə şəxslərin də obyektləri söküldü. Onlarla necə hesablaşılıb bilmirəm, amma mən pul istəmirəm, şəhərin içindəki 4 obyektimin qarşılığı olaraq, ədalətli qərar verilməsini istəyirəm. Pozulmuş hüquqlarım bərpa olunana qədər də mübarizəmi və etirazımı davam etdirəcəm”.

P.S: Qeyd edək ki, “DogruXeber.az” olaraq tərəfimizdən Vüqar Qasımovun iddiaları ilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi sorğular hazırlanır.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın