27.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır

  • MANŞET
  • 26 Dekabr 2024
  • 3.772 BAXIŞ SAYI
Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır

Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır

Azərbaycanda idman uğurla inkişaf edir. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Parisdə keçirilən Olimpiadadan sonra Prezident cənab İlham Əliyev tarixi qələbəyə imza atan güləş, cüdo və boks komandasının üzvlərini və məşqçilərini qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”. Milli idman növü olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Həm sovet dövründə və xüsusilə müstəqillik dövründə güclü güləşçilərimiz olub. Onlar Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Dekabrın 24-də, ad günündə cənab Prezidentin ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı ikiqat qürur yaratdı .

İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində çox sayda müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bütün bunlar, dünya miqyaslı müxtəlif çempionatında idmançılarımızın qazandığı parlaq qələbələr bir daha sübut edir ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir. Bir daha əminliklə deyə bilərik ki, Azərbaycanda hər zaman güclü idmançılar yetişib və bunlar gələcək nəsil üçün də örnək olacaq, idman ənənələri qorunub saxlanılacaq.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq

Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Məhz, bu qayğı sayəsində Azərbaycanda idman uğurla inkişaf edir. Keçirilən beynəlxalq yarışlarda idmançılarımız öz gücünü və dövlətimizin qüdrətini nümayiş etdirir. Dövlət başçısının diqqət və qayğısı, bilavasitə nəzarəti altında ölkənin ən ucqar bölgələrində belə yeni idman kompleksləri inşa olunur. Bu da perspektivli gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır, bununla yanaşı, bir çox qitə və dünya çempionatlarının, beynəlxalq turnirlərin Respublikada keçirilməsinə əlverişli şərait yaradır. Artıq ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi məkanlardan biridir. Bundan əlavə idmanın müxtəlif növlərinin inkişafına dair Respublika Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramları icraçılardan idmanın müvafiq növünə kompleks yanaşmanı tələb edir. Nəticə etibarilə hazırda idmanın bütün növləri ölkəmizdə özünün yüksək inkişaf mərhələsini yaşayır. Respublikaya axan qızıl, gümüş və bürünc medalların, idman titullarının sayı gündən-günə artmaqda davam edir. Bütün bunlar məhz cənab prezidentin idmana, gənclərin sağlam böyüməsinə göstərdiyi qayğı və diqqətin nəticəsidir. Belə olduğu üçün gənclərimiz də müdrik rəhbərin göstərişlərinə biganə qalmır və iştirak etdikləri görüşlərdə, yarışlarda bizə qürur hissi yaşadırlar. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır.       O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək. Bütü bunlar barədə cənab Prezident dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında danışıb.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın