Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq
Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində.
Hər il müxtəlif beynəlxalq yarışların məhz Azərbaycanda keçirilməsi inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə müsbət imic qazandırıb. Bu gün ölkədə böyük sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırır.
Ölkəmizdə idman strukturunun yenidən qurulması, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda yeni-yeni idman obyektlərinin, inşa edilməsinə başlanılması bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək qeyd etmişdir ki, “Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik – 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı”
Cənab Prezidentin həyata keçirdiyi siyasət ötən hər il ərzində daha böyük uğurların qazanılmasına təkan verib. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Azərbaycan idmançıları ağırlıqqaldırmanın pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş, karate və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar.
İdman gənclik, sağlam həyat tərzi, gümrahlıq deməkdir. İdmanın əhəmiyyəti, istər ölkə daxilində, istərsə də ölkə xaricində çox böyükdür. İdman fiziki sağlamlıqdır, ölkəni tanıtmaqdır, yeni-yeni rekordların qazanılmasıdır. Son illər dövlətin gənc idmançılara göstərdiyi diqqətin əhəmiyyətli dərəcədə artması gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir göstərir. Gənc nəsil, Azərbaycan himninin dünya ölkələrində oxunması zamanı qürur duyur. Bunun özü böyük göstərici sayılmalıdır. Onlar idmanda uğur qazanmaqla yanaşı, ölkənin şöhrətini dünya miqyasında tanıdırlar.
Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru
Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq.
Cənab Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış etmişdir. Çıxış zamanı cənab Prezident qeyd etmişdir ki, “Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq.O ki qaldı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinə, mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq o bölgələrə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, – hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, – yeni həyat qurulur, özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, – indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, – əsas amildir.”
Ağdamda “İmarət” stadionu inşa edilir. Böyük qayıdış bütün sahələrdə olduğu kimi idman sahəsində özünü göstərməkdədir. Ənənəvi idman sahələrinin Qarabağ regionununda dirçəldilməsi böyük idmanı yenidən dircəldəcəkdir.
Belə ki, milli qəhrəman şəhid Əliyar Əliyevin vaxtı ilə zirvələrə qaldırdığı güləş idman növündə inanırıq ki, Qarabağ yeni pəhləvanlar yetişdirəcək. Avropa səviyyəsində ölkəmizi layiqincə təmsil edən Ağdamın Qarabağ futbol klubu yeni uğurlu tarixini “İmarət “də yazacaq və Avropa komandalarını doğma Ağdamda qarşılayacaq. Hər sahədə olduğu kimi idman sahəsində də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük uğurlarını davam etdirəcəkdir.
Yaşasın Ali Baş Komandan, yaşasın müstəqil Azərbaycan Respublikası!
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi