Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub
Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olmuşdur. Ümummilli Lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirmişdir. Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atıldı, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin, dövlətin əsas resursu kimi, təlim-tərbiyyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.Onu da qeyd edim ki, həmin il Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”Ulu Öndər Heydər Əliyevin gənclərə olan etimadı, inamının yüksəkliyi Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlə də yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident sarayında gənclərlə Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş keçirilən görüşdə Ulu Öndər gənclərin müracitinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.Görülən işlərin davamı olaraq Azərbaycan Prezidentinin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Həyata keçirilən ardıcıl tədbirlərin məntiqi sonluğu olaraq, gənclərin fəaliyyəti qanunvericilkdə də öz əksini tapdı. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi 09 aprel 2022-ci il tarixində “Gənclər siyasəti haqqında” Qanunu qəbul etdi. Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qəhrəmancasına vuruşan igid gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 19 dekabr 2011-ci il tarixində yaradılan, daha sonra 2018-ci ildə yenidən təşkil edilən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihələrini qrant şəklində maliyyələşdirərək onların müasir dövrün çağırışlarını daha yaxşı qarşılamağa dəstək olur.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.