19.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir.

Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığa zəmin olacaqdır. Azərbaycanla Afrika ölkələri arasında münasibətlər yeni mərhələdədir. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb. “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. İmzalanmış bütün razılaşmalar sayəsində  münasibətlərimizi daha yüksək səviyyəyə qalxacaq,.

Somali Prezidentinin Azərbaycana səfəri, təkcə diplomatik əməkdaşlıq deyil, ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcıdır. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkədir Lakin uyğun şərait ölkəni inkişaf etməyə imkan verməyib. Artıq Azərbaycan kimi yaxşı tərəfdaşlarla Somalinin potensialı üzə çıxacaq və o, proqnozlaşdırıla bilən olacaq.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir.

Azərbaycanın çoxvektorlu xarici siyasətində dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Ölkəmizin yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr, irəli sürdüyü önəmli təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Azərbaycanın Somali ilə də əlaqələri inkişaf edir.

Afrika qitəsinin şərq hissəsində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvü olaraq dünya siyasətində mühüm yer tutur. Azərbaycan həm İƏT-in, həm də Qoşulmama Hərəkatının fəal üzvü kimi Somali ilə uzunmüddətli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurmuşdur. 2004-cü ilin martında diplomatik əlaqələr qurulandan sonra Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq intensivləşmiş və son illərdə bu əlaqələr daha da inkişaf etmişdir.Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir.

O cümlədən Somali Respublikası ilə “, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Prezident cənab İlham Əliyev ölkəmizin təhsil sahəsindəki təcrübəsini bölüşərək, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan hazırda bir neçə somalili tələbəyə Heydər Əliyev adına təqaüdlə təhsil almaq imkanı yaradır və yeni imzalanmış sənəd bu sayın artırılmasına şərait yaradacaq. İlkin mərhələdə on tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur və gələcəkdə bu sayın daha da artırılması mümkündür.

Azərbaycanın universitetlərində müasir təhsil proqramlarına çıxış əldə edən somalili tələbələr ölkələrinin iqtisadi inkişafına töhfə verə biləcəklər. Somali iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Somali Azərbaycanın inkişaf təcrübəsindən böyük ölçüdə yararlanmaq fikrindədir və qarşılıqlı fikir mübadiləsində bu sahəyə xüsusi önəm verilib.

Somali Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq  Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.

Azərbaycan və Somali arasında iqtisadi əməkdaşlıq yeni formalaşır, lakin böyük potensiala malikdir. Xüsusilə, neft-qaz sektoru, kənd təsərrüfatı, balıqçılıq və logistika sahələrində əməkdaşlıq imkanları mövcuddur. Bakıda imzalanmış sazişlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi planlaşdırılır. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və digər strateji şirkətləri Somali bazarında fəaliyyət göstərə bilər, eyni zamanda Somali məhsullarının Azərbaycan bazarına çıxışı üçün imkanlar yaradılır.

Həmçinin, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələrinin imzalanması və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Mədəni sahədə isə, Azərbaycanın zəngin irsinin və Somalinin tarixi-mədəni dəyərlərinin qarşılıqlı tanıdılması məqsədilə müxtəlif tədbirlər təşkil edilə bilər.

Azərbaycanın neft-qaz sektoru və alternativ enerji mənbələri sahəsində təcrübəsi Somali üçün əhəmiyyətli ola bilər. Fevralın 12-də imzalanmış sənədlər çərçivəsində yaşıl enerji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın tranzit və logistika imkanları, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastruktur layihələri, Somalinin Şərqi Afrika regionunda ticarət əlaqələrini inkişaf etdirməsinə kömək edə bilər. Azərbaycan və Somali beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərməkdə davam edəcək. Cənab Prezident İlham Əliyev iki ölkənin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Bu əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir, çünki beynəlxalq arenada güclü tərəfdaşlara malik olmaq siyasi və iqtisadi maraqların qorunmasında mühüm rol oynayır.

Bakı Görüşü həm də imzalanmış sənədlər baxımından da əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin imzalanması  iki ölkə arasında iqtisadi, siyasi, müdafiə və sosial sahələrdə əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəkdir. Bu gün Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Bir sözlə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olacaq.

Azərbaycan və Somali arasında strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaqdır.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın