19.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edir

İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edir

İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edir

2020-ci il oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz Suqovuşan adlandırıldı. Onlarla Vətən oğullarının həyatlarını itirdikləri Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olunması bir elin yurd haqqına qovuşması idisə, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisası idi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2022-ci ilin martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırmaları iki il öncəki qələbə üzərinə yeni bir qələbənin əlavə edilməsi dəyərində oldu. Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə doğma yurd yerindən xalqa təbriki və “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik” kimi dəyərli fikirləri ürəyimizi dağa döndərdi. Qürur duyduğum bu an xəyalım istər-istəməz o Suqovuşanla bu Suqovuşan arasında dolanmağa başladı.

Həmin vaxtı Suqovuşanda Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin və məscidin təməlinin qoyulması 30 il öncə miskinləşən və bir qərinəyə yaxın həmin kədərli görkəmlə yaşayan Suqovuşanın bu günüdür, bugünkü uğurudur. Ona dövlət-xalq birliyinin töhfəsidir. Yenidən qurulub-yaradılması, ona yeni həyat verilməsidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “… Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq”. O Suqovuşanla bu Suqovuşan arasındakı müqayisə ümumilikdə Qarabağ zəfərinin fonunda qürur doğurur və qürur duyuruq.

 

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

 

 

 

Suqovuşan qədim Azərbaycanın tarixi yeridir

Tarixən Qarabağ, onun ətraf rayonları üçün qurulmuş planlar Vətən müharibəsində alt-üst oldu, həqiqət öz yerini tapdı. Müzəffər Ali Baş Komandanımız Suqovuşandan xalqa təbrikində də qeyd edirdi ki, Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. 30 ilədək yol gözləyən yurd yerlərimizdən biri idi Suqovuşan. Bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulan Suqovuşan. Qədim abidələri ilə zəngin tarixli, həmçinin bol günəşli, oksigenli, sulu, yaşıl düzlü-çəmənli, bərəkətli torpaqlı, coğrafi üstünlüklərə malik Suqovuşan. 90-cı illərdə ermənilərin Azərbaycana qarşı başladıqları işğalçılıq siyasətinin qurbanı oldu Suqovuşan. Buna son qoyulmalı idi və son qoyuldu.

Artıq heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın