21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxundu

Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxundu

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova hökm oxunub və o, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qafqazaz.com  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.İbrahimova daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub və ona şərti cəza verilib. Daha sonra o, digər iş üzrə həbs edilib.

İttiham aktına əsasən, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona STS şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kvadratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənib. S.İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər cinayət əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, Galaxy Palace MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan S.İbrahimov Galaxy Palace MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın