Kreml: Bayden vəziyyəti gərginləşdirir
ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirir.
“Qafqazaz.com” xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Təəssüf ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşdirilməsi davam edir”, – deyə o bildirib.
Qeyd edək ki, C.Bayden Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edə biləcəyindən bəhs edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın