21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Almaniya Rusiyaya sanksiyaları genişləndirir

  • DÜNYA
  • 08 Mart 2022
  • 1.621 BAXIŞ SAYI
Almaniya Rusiyaya sanksiyaları genişləndirir

Almaniya hökuməti Rusiyaya sanksiyaların genişləndirilməsi üzərində işləyir ki, bu da kriptovalyutaların istifadəsinə məhdudiyyətlər, habelə Ukraynadakı əməliyyatı dəstəkləyən Belarus vətəndaşlarına qarşı tədbirləri əhatə edə bilər.

Qafqazaz.com xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner mətbuat konfransında bildirib.

“Federal hökumət sanksiyaların genişləndirilməsi üzərində işləyir. Mən Rusiyadan başqa Belarusdakı müharibə tərəfdarlarını da əhatə edəcək və kriptovalyutaların istifadəsi ilə maliyyə sanksiyalarından yayınma cəhdlərini istisna edən növbəti sanksiyalar paketindən danışıram”, – Lindner bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın