21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sülhməramlı reketin növbəti təxribatı – FOTO

Sülhməramlı reketin növbəti təxribatı – FOTO

Bu gün erməni “Telegram” kanalları Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qaz kəmərində “qəza” baş verməsi ilə bağlı xəbərləri fəal şəkildə yayır. Partlayış nəticəsində Xankəndinə qaz verilişi dayandırılıb.

Qafqazaz.com xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı yazıb.

Bəs əslində nə baş verib?

Mənbələrimizin bildirdiyinə görə, Qarabağda magistral qaz kəmərinə həqiqətən də ciddi ziyan dəyib. Lakin məlumatlı şəxslərin bizə verdiyi informasiyaya əsasən, bu, reket-general, Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri Andrey Volkovun birbaşa köməyi ilə törədilən təxribatdır. Zərər kifayət qədər ciddidir və nəticələri bir günə aradan qaldırıla bilməz.

Volkov və onun sülhməramlıların Rusiya komandanlığından olan etibarlı şəxsləri, həmçinin separatçılar baş verənlərə görə sonradan Azərbaycan tərəfini günahlandırmaq üçün qəsdən bu cür təxribatlara əl atırlar.

Son həftələr ərzində Qarabağda gərginliyin dərəcəsi yüksəlir. Mövqelərimizin atəşə tutulması müntəzəm xarakter alıb və Qarabağda quldurların arxalandığı əsas fiqur Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri, general-mayor Andrey Volkovdur.

Daha əvvəl yazdığımız kimi, Volkov artıq Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını həyata keçirir. Üstəlik, Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir.

Bundan əlavə, Volkovun Azərbaycan tərəfinə şəxsi nifrəti var. O, 2020-ci ilin dekabrında xüsusi təyinatlılarımızın onu necə mühasirəyə alaraq xüsusi əməliyyat zonasından qovduğunu unuda bilmir. Həmin vaxt erməni diversiya qrupuna məhz Volkov himayədarlıq edib.

Bəs biz indi nə görürük?

Dünən saytımızda, eləcə də digər Azərbaycan KİV-lərində Volkovla bağlı yazılanlardan sonra o, növbəti təxribata əl atıb. Ancaq bu, görünür, artıq aqoniyadır. Azərbaycanda olduğu kimi Rusiyada da minlərlə insanın onun və onun cılızlığı haqqında həqiqəti öyrənməsi generalın xoşuna gəlməyib…”.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın