“Anamın yaşadığı ev tamamilə dağıdılıb” – Səfir
Ukraynanın bəzi şəhərlərində humanitar vəziyyət çox ağırdır.
Qafqazaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib
“Hazırda ən ağır humanitar fəlakətin müşahidə olunduğu yerlər Mariupol, İzyum, Volnovaxa şəhərləridir. Bu şəhərlərdə minlərlə vətəndaşımızı faktiki olaraq girov vəziyyətindədirlər. Biz dünyanın, o cümlədən Azərbaycanın Ukraynaya nə qədər yardım etdiyini görürük. Həmin bölgələrdən çıxa bilən insanlar buradan gələn humanitar yardımdan istifadə edirlər. Amma o şəhərlərdə qalan insanlar isə bütün bu yardımdan, yeməkdən, dərmandan məhrumdurlar. Bu şəhərlərdə dinc əhalinin sayı barədə məlumatımız yoxdur”, – səfir deyib.
Diplomat bildirib ki, anasının yaşadığı ev tamamilə dağılıb:
“O, sadəcə bomba sığınacağında olduğuna görə sağ qala bilib. Onun olduğu şəhərdə 3 dəfə humanitar dəhliz elan edilib, dinc sakinlərə isə 3 dəfə atəş açılıb”, – V.Kanevski əlavə edib.