Ukraynada “Bayraqdar”lar niyə siyasiləşdirilir?
Ukrayna ilə bağlı türk PUA-larının gündəmə gətirilməsi mənasızdır. Çünki verdiyimiz məhsullar artıq həmin ölkənin mülkiyyətinə çevrilir.
Qafqazaz.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Ukrayna savaşında “Bayraqdar TB2” PUA-larının adının çox hallanması ilə bağlı deyib.
“Ölkələr təbii ki, onlardan istifadə etməkdə sərbəstdirlər. Məhsulların mənbəyi Türkiyə ola bilər, amma indi o məhsul həmin ölkənin mülkiyyətidir. İndiyə qədər bir çox ölkələrin silahlarını müxtəlif mühitlərdə rəqiblərimizdə görmüşük. Yanaşmamız budur. Türkiyə olaraq bizim münasibətimiz atəşə yağ tökmək deyil. Hamıdan da bunu gözləyirik”, – Dəmir bildirib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın