Zərdabda Novruz Bayramı münasibətilə tədbir keçirildi – FOTOLAR
Azərbaycan xalqının qədim folklor nümunələrini, milli mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramının tarixi çox qədimdir. Novruz təbiətin oyanışı ilə ürəklərdə həm də xoş arzuların yarandığı və bu arzuların gerçəkləşməsinə ümid bəslənilən bir bayramdır. Xalqımız bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına sağlam olmalarını arzulayır, ən xoş diləklərini çatdırır. Təbiətin oyanmasının rəmzi sayılan bu bayram hər il yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd edilir. Son iki ildə isə Novruz bayramının qeyd edilməsi daha xüsusi məna daşıyır, belə ki, artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda keçirilir. Novruz bayramı qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Zərdabda təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.
“Qanunla.Az” xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsi,Zərdab rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Zərdab Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev,Pərvin Mahmudova,Xəyalə Veyisova,YAP Zərdab şəhər təşkilatının sədri İlkin Əliyev,Icra Aparatının məsul şəxsləri, şəhid ailələri,qazilər,idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Zərdab rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Konsert proqramında Mədəniyyət Mərkəzinin kollektivləri qonaqların qarşısında bir-birindən maraqlı və rəngarəng çıxışlar ediblər.Qonaqlara Azərbaycan xalq mahnıları və rəqsləri təqdim edilib.
Konsert proqramından sonra Ulu Öndər Heydər Əliyev parkında Novruz bayramı tonqalı yandırılıb.
Qanunla.Az Vüqar Rəhimov