Polşada Rusiya kəşfiyyatına işləyən şəxs tutuldu
Polşanın Vətəndaş Vəziyyəti Departamentinin əməkdaşı Rusiya kəşfiyyatının xeyrinə fəaliyyətə görə saxlanılıb.
Qafqazaz.com xəbər verir ki, bu barədə RMF radiostansiyası məlumat yayıb.
“Varşavanın Vətəndaş Vəziyyəti Departamentlərindən birinin əməkdaşı Rusiya kəşfiyyatının xeyrinə fəaliyyətə görə saxlanılıb. O, polyaklara və ölkəmizdə yaşayan əcnəbilərə aid qiymətli sənədləri köçürərək ruslara təhvil verib. Şübhəli şəxs rus zabitləri ilə çox intensiv əlaqə saxlayıb. Müstəntiqlər ötürülən materialların əməliyyat baxımından qiymətli olduğunu hesab edirlər. Müttəhimi 15 ilə qədər həbs cəzası gözləyir”, – məlumatda deyilir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın