15.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Məşhur rəssam Rəşad Ələkbərov həbs olundu-FOTO

Məşhur rəssam Rəşad Ələkbərov həbs olundu-FOTO

Məşhur rəssam həbs olundu.
Qanunla.Az xəbər verir ki, məşhur rəssam Rəşad Ələkbərovun həbsi ilə bağlı vəkil Adəm Məmmədov məhkəmə sistemlərinin bərbad olması ilə bağlı sərt etirazını bildirib.
image-93655691_2703043079823573_3860658399142215680_n
Bu gün prokurorluq orqanlarına tabe olan, müstəqillikdən xəbərsiz Azərbaycan Respublikasının daha bir məhkəməsində əsassız olaraq əməkdar rəssamımız barəsində həbs qətimkan tədbiri seçildi.
Belə ki, AR Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 16.10.2021-ci il tarixli sərəncamla əməkdar rəssam fəxri adı ilə təltif edilən, “Zəfər” ordeni, “Vətən müahribəsi qəhrəmanı”, Dubai Expo 2020 sərgisində təqdim edilmiş “Dostluq” xalçasının və s. məşhur əsərlərin müəllifi, hazırda Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycandakı ən böyük abidə olacaq şairimiz İmaməddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Nəticədə hazırlanması davam etdirilən heykəl də yarımçıq qalmışdır. Görünən odur ki, bizim prokurorluq orqanları və məhkəmələr sənət adamlarımıza belə düşmən kəsilib. Mən artıq belə düşünürəm ki, həqiqətən bizim məhkəmə sistemimiz əsrlər keçsə də, tələb olunan standartlara çata bilməyəcək.
image-277463174_4743611579100036_230430648904862677_nimage-277369170_4743611665766694_873221731000582111_nimage-277534964_4743615139099680_7480777777953510022_nimage-277459734_4743615502432977_1652300724122466868_nimage-277465300_4743615585766302_4840915792841664755_n
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın