21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Britaniyalı general Putini “qatil avtokrat” adlandırdı

  • DÜNYA
  • 30 Mart 2022
  • 2.012 BAXIŞ SAYI
Britaniyalı general Putini “qatil avtokrat” adlandırdı

“Rusiya qüvvələrinin Kiyevdən çıxarılması yəqin ki, onların başqa istiqamətə keçəcəyindən xəbər verir və Vladimir Putin hakimiyyətdə qaldıqca Avropada sülh mümkün olmayacaq”.

Qafqazaz.com BBC-yə istinadən xəbər verir ki, bu sözləri istefada olan britaniyalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Riçard Şirref deyib .

Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.

“Bu, çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir”, – deyə eks-general qeyd edib.

Şirref həmçinin Putinin Kremldə olduğu müddətdə Avropada sülhün mümkünsüz olduğunu da deyib. Həmçinin Putini “qatil avtokrat” hesab etdiyini bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ilə kollektiv Qərb arasında qarşıdurmanın “isti müharibə deyil, soyuq müharibə” olaraq qalmasını təmin etməlidir:

“Alyansın gələcək təcavüzün qarşısını almaq üçün vacib hesab etdiyim NATO-nun güclənməsini hələ də görməmişik”, – deyə Şirref bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın