Rusiya Mariupolda sükut rejimi elan edəcək
Rusiya Müdafiə Nazirliyi martın 31-i saat 10:00-dan etibarən Mariupolda sükut rejimi elan edəcək.
Qafqazaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.
O qeyd edib ki, Mariupoldan Zaporojyeyə evakuasiya üçün əlavə humanitar dəhliz açılacaq.
Mizintsevin sözlərinə görə, hazırkı gün üçün Ukrayna hakimiyyəti Zaporojye istiqamətində daha dörd marşrut elan edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın