31.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zelenski əsəbiləşdi: Özünüzə başqa iş tapın!

  • DÜNYA
  • 31 Mart 2022
  • 1.631 BAXIŞ SAYI
Zelenski əsəbiləşdi: Özünüzə başqa iş tapın!

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Gürcüstandakı və Mərakeşdəki səfirlərini geri çağırıb.

Qafqazaz.com xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində deyib.

“Ukraynanın gələcəyi naminə dövlətinin müdafiəsi üçün birgə çalışanlar var. Hər belə insanı dəyərləndiririk. Lakin elələri də vardır ki, sadəcə vəzifədə qalmaq üçün hədər yerə vaxt sərf edir. Bu gün onlardan ikisinin geri çağırılması ilə bağlı qərarı imzaladım. Mərakeş və Gürcüstandan səfirlər geri çağırıldı. “Bütün hörmətə baxmayaraq, silah, sanksiya, Rusiya iqtisadiyyatı üçün məhdudiyyat olmayacaq…” – xahiş edirəm, özünüzə başqa bir iş tapın”, – deyə prezident bildirib.

Zelenski əlavə edib ki, Latın Amerikası, Yaxın Şərq, Cənub-şərqi Asiya və Afrika ölkələrinin rəhbərləri ilə aparılan işlərdən yaxın günlərdə konkret nəticələr gözləyir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın