Tviter “Russia Today”in səhifəsini bağlayıb
Tviter sosial şəbəkəsi “Russia Today” telekanalının səhifəsini bağlayıb.
Qafqazaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
“Tviter RT-nin səhifəsini bağlayıb. Biz qərarla bağlı şikayət edəcəyik”, – RT telegram-telekanalı bildirib.
Bir müddət əvvəl Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəklədiyi üçün yutub da Rusiya kanallarına məhdudiyyət tətbiq edib. Tviterin RT-ni də bu səbəbdən bağladığı istisna edilmir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın