Hitlerlə danışıqlar aparardınızmı?” – Makron sərt tənqid edildi
Polşanın Baş naziri Mateuş Moravietski hələ də Putinlə başladığı müharibəni dayandırmaq üçün “danışmağa” çalışan Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edib.
Qafqazaz.com xəbər verir ki, bu barədə o, Aİ ölkələrinin liderlərinə bugünkü müraciəti zamanı bildirib.
“Prezident Makron, Putinlə neçə dəfə danışıqlar aparmısınız, nəyə nail oldunuz? Baş verən hər hansı hərəkəti dayandırdınızmı?”, – Moravietski Fransa liderindən soruşub.
Polşanın baş naziri vurğulayıb ki, onlar cinayətkarlarla danışıq aparmırlar – onunla döyüşürlər.
“Heç kim Hitlerlə danışıqlar aparmadı. Siz Hitlerlə, Stalinlə, Pol Potla danışıqlar aparardınızmı?”, – o, əlavə edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın