İndoneziya sahillərində 6 bal gücündə zəlzələ oldu
İndoneziya sahillərində Molukka dənizində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Qafqazaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri İndoneziyanın təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 231 km şimal-şərqdə yerləşib. Ocaq 80 km dərinlikdə yerləşib.
Tələfat və sunami təhlükəsi barədə məlumat yoxdur.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın