Depressiya halları 25 faiz artıb – ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə COVID-19 pandemiyasından sonra insanlarda narahatlıq və depressiyanın təkrarlanma halı 25 faiz artıb.
Qafqazaz.com xəbər verir ki, qapanma, tənhalıq, virusa yoluxma qorxusu, həmçinin maddi problemlər bir çox xəstəliklərin yaranmasına və inkişaf etməsinə səbəb oldu. ÜST bu kimi halların qadınlar, yeniyetmələr və fiziki qüsurları olan şəxslər üçün daha təhlükəli olduğunu bildirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qadınlarda daha çox qeydə alınan narahatlıq, kədər və stres hallarının pandemiya dövründə on faiz artdığı qeyd edilib. Amerika Birləşmiş Ştatları və Kanadanın səhiyyə qurumlarının məlumatına əsasən, bu ölkələrdə işçilər əsəb və gərginlik halından əziyyət çəkirlər. Depressiyadan əziyyət çəkən yeniyetmə və gənclərin sayı 2021/2022-ci illərdə 20 faiz artdığı müşahidə olunub. Depressiya halı, psixoloji gərginlik və yeniyetmələrin cəmiyyətdən uzaqlaşması bəzi hallarda intiharlara da gətirib çıxarır.
Qeyd edək ki, Finlandiya, Danimarka, İslandiya, İsveçrə və Niderland pandemiya dövründə bu kimi halların ən az baş verdiyi ölkələrdir