21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. 

Qafqazaz.com xəbər verir ki, parlamentin plenar iclası aprel 12-si keçiriləcə. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın