21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqının dəstəyi

Avropa İttifaqının dəstəyi

Avropa İttifaqının dəstəyi.

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Eyni zamanda deyə bilərik ki, rəsmi Bakı həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı qərəzsiz tərəfdir və hər iki ölkənin bu təşkilata etimadı vardır. Post münaqişə dövründə isə məsələlərin həlli istiqamətində qərəzsiz bir vasitəçiliyin olması xüsusi önəm kəsb edir ki, bu, ölkəmiz üçün daha effektlidir. Burada xüsusilə Şarl Mişelin cənab Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.6 aprel görüşü və verilən Bəyanatdan bir daha aydın olur k, Azərbaycan qalib ölkə olaraq öz milli maraqlarına uyğun istədiyinə nail olur. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanının milli maraqları uğrunda cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da yüksəlib. Bu da öz növbəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və danışıqlara başlanması, bir sıra məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir. Bu gün Avropa İttifaqı birmənalı şəkildə Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Son iki ayda dövlət başçımız İlham Əliyevlə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ölkə Prezidentinə ünvanlanmış məktublar dünyada Prezidentimizin nüfuzunun göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəsindən sonra bu gün artıq ölkəmiz bu danışıqlarda reallığı diktə edən bir ölkə kimi iştirak edir. Artıq nüfuzlu beynəlxalq təşkilatlar Zəfərimizin yaratdığı reallıqları qəbul edir, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bunun nəticəsidir ki, bu gün ölkə başçımızın siyasi-diplomatik səyləri böyük səmərə verir.

Zərdab şəhər ümumi orta məktəbin direktoru – Məmmədova Rəqibə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın