Cinayət tərkibli əməllərin müəllifi kimdir ? – CAVABSIZ SORĞULAR // VİDEO
DogruXeber.az: – Bir müddət medianın başını kadr dəyişiklikləri ilə qatan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, deyəsən indi də “qara nida”lı tender müqavilələri ilə “vaxtını keçirir”.
Bəli, fərqi yoxdur, hansı formada olur-olsun bu qurum özü üçün “məşğul olacaq bir iş tapır”. Əslində, gördüyü işlərə müstəqil media və sosial şəbəkələr üzərindən diqqət yetirdikdə, ilk baxışdan adama elə gəlir ki, pul qazanmaq bu nazirliyin “hobbi”sidir.
“Pul qazanmaq” deyərkən, dövlət büdcəsindən ayrılan əmək haqqını nəzərdə tutmuruq haa… El dili ilə desək, “levi işlər”dən bəhs edirik.
Məsələn, yaşıllıq ərazilərini yerində hər hansı bir obyekt tikməsi üçün YAXŞI qiymətə sahibkarlara satmaq, ağac köçürmək üçün filan qədər pul tələb etmək, “taxta biznesi” ilə məşğul olanların meşələrə qənim çıxmasını görməzdən gəlmək və sair…
Meşələrdən söz düşmüşkən, son günlər ölkə ərazisində bir neçə meşə yanğını xəbərləri biraz hamımızın qanımızı qaraltdı. Özü də təsadüfə baxın ki, bu yanğınlar sosial medialarda ağaclarının kəsildiyi, artıq məhv edilmək üzrə olduğu deyilən meşələrdə baş verdi.
Yox, biz qətiyyən bu hadisələrdə kimisə günahlandırmır, yaxud ittiham etmirik. Ancaq, nə yalan deyim, şübhələrimizi də gizlətməkdə çətinlik çəkirik…
“Meşə yanğını” xəbərlərində, hadisə yerindən çəkilmiş fotoşəkillərə diqqət etsəniz, özünüz də görəcəksiniz ki, yanan “çıl-çırpı”dır. Məgər, bizim illər boyu gözəlliyi ilə bədii əsərlərdə belə mühüm yer alan Oğuz, Tovuz, Ağsu, İsmayıllı və digər bölgələrimizdə mövcud olan meşələrimiz bu qədər cavan idi mi?
Bir çox idarə və müəssisələrdə, orta məktəblərdə, müəyyən dövlət tədbirlərində belə tez-tez iməcilik təşkil olunur, xalq, hətta bəzən ölkə başçısı özü belə şəxsən ağac əkir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi işbaz əməkdaşları da “yoğurub, yapmadan” bundan pul qazanır…
Söhbət ETSN-dən düşmüşkən, “DogruXeber.az” informasiya portalında dəfələrlə yayımlanan bir sıra məlumatları xatırlatmaq da yerinə düşər fikirimizcə.
Bildiyiniz kimi artıq, bir neçə aydır ki, mütəmadi olaraq redaksiyamızda Oğuz, Tovuz, İsmayıllı, Cənub meşələrinin məhv edilməkdə olduğundan, Samuxda meşə zolağının ümumiyyətlə yox edildiyindən, Daşkəsən rayon Çanaqçı kəndinin yaxınlığında çayın məcrasında yaşayış villası tikildiyi, həmçinin axın istiqamətinin süni dəyişdirildiyindən və ən nəhayətində paytaxt küçələrindəki çoxillik yaşıllıq ağaclarının biznes məqsədilə məhv edildiyindən bəhs edilir…
Lakin, bildiyimiz problemlər, ekoloji pozuntular hələ də olduğu kimi qalır. Yox, daha doğrusu olduğu kimi qalmır, artmaqda davam edir.
Nazirliyin təbiətə bəd nəzəri – VİDEO//FOTO
Meşə əraziləri mənimsənilir – NAZİR HARA BAXIR ?! VİDEO//FOTO
Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir – VİDEO // FOTO
Elə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, 20 yanvar küçəsi, “köhnə hamam” deyilən ərazidəki yaşıllıq ağacları da kəsildi, yerində iaşə obyektinin inşasına da başlanıldı. Amma, həmin obyekt sahibinə “gözün üstdə, qaşın var” deyən olmadı. Ən azından tikintinin davam etdirilməsi bunu deməyə əsas verir.
Yeri gəlmişkən, hətta az müddət əvvəl cənub bölgələrində əməliyyat keçirildiyi və əməliyyat nəticəsində bir neçə şəxsin həbs olunduğu xəbəri də yayılmışdı. Ancaq, təəssüflər olsun ki, əməliyyat zamanı həbs edilənlər nə o ağacları kəsdirənlər idi, nə də kəsilməsinə icazə verənlər. Onlar ağacları kəsənlər idi. Yəni, muzdlu fəhlələr.
Mövzuya qayıdacağıq…
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az