22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

 

Azərbaycan xalqı II Qarabağ müharibəsində son dərəcə dinamik şəkildə milli maraqlar ətrafında birləşdi, vahid bir ölkə olduğunu bütün dün­yaya göstərdi, günlük müharibə ilə həm hərbi, həm də diplomatiya müstəvisində qələbə qazandı. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini icra etdi. 10 noyabr üçtərəfli atəşkəs bəyanatı ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Şübhəsiz ki, Ermənistanın kapitulyasiyasını şərtləndirən ilk amil Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarıdır. Ötən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğal etdiyi Qarabağ və ətraf rayonlardan çıxarılmasına dair 4 qətnamə icra olunmadı, işğalçı dövlətə heç bir siyasi təzyiq göstərilmədi. Qarabağ münaqişəsinin uzun illər sülh danışıqları ilə həllinə çalışan ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar alternativ hərbi yolun mümkün olmadığını bildirirdi. Azərbaycan Silah­lı Qüvvələri bütün ünyaya BMT Təhlükəsizlik Şurası tərəfindən 30 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və təəssüf  ki, yerinə yetirilməmiş qətnamələrinin 44 gündə necə icra etməyin mümkün olduğunu sübut etdi. Bu bəyannamə, təkcə Ermənistanın deyil, ona müttəfiq olan, dəstək verən dövlətlərin siya­si uğursuzluğunun da göstəricisidir. Burada ən əsas müddəa Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu.

Azərbaycanın böyük Zəfəri vətən övladlarının canı, qanı bahasına qazanılmış, bu yol soyqırımdan, terror aktlarından, kütləvi qırğınlardan keçmiş, xalqın taleyinə uzun illər yurd həsrəti, köçkün taleyi yazılmışdır.

 

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın