21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

ŞUŞADA İCRA OLUNAN LAYİHƏLƏR XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

ŞUŞADA İCRA OLUNAN LAYİHƏLƏR XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

ŞUŞADA İCRA OLUNAN LAYİHƏLƏR XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

 

Bildiyimiz kimi, təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezidentimiz cənab  İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır.

Bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritet məsələdir. Fond bu işlərdə daim Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir.Bu gün Qarabağın yenidən dirçəldilməsi, həyata qaytarılması istiqamətində böyük işlər görülür. Bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşıyır. Şuşadakı abidələr Azərbaycan xalqı üçün çox böyük əhəmiyyətə malik mədəni irsdir. Lakin bu irs işğalçılar tərəfindən demək olar ki, tamamilə dağıdılıb. “Dağıdılmış abidələrin bərpası istiqamətində böyük işlər görülür. Bu işlər şəxsən ölkə başçımız cənab  İlham Əliyevin nəzarəti ilə aparılır. İşğaldan yenicə azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər Ağa məscidinin həyətindəki mədrəsə də bu qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılıb.Şuşa – dəyər, tarix, irs, mədəniyyət və təbii gözəllik olan bir məkandır. Şuşa şəhəri həm qorunmalı, həm də gələcək nəsillərə ötürülməlidir. Reallaşdırılan  layihələr  şəhərin identifikliyini vurğulayır, eyni zamanda, ətraf mühiti xatırladır. Layihələrdə Şuşaya xas olan elementlər yer alıb.  Görülən işlərdə  həm də Şuşanın azad olunması tarixini əks etdiriləcək.

Qarabağın inkişafı Azərbaycanın ümumi inkişafına böyük töhfə verə bilər. Gənclərin Qarabağa qayıdışının təmin edilməsi olduqca vacibdir. Bu ərazidə layihələr reallaşdırmaqla Azərbaycan dünyaya ekoloji dayanıqlılığın təmin edilməsinin önəmini nümayiş etdirə bilər. Qarabağ həm mədəniyyət beşiyidir, həm iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir, həm də turizmin inkişafı üçün vacib regiondur. Biz Qarabağda dəhşətli dağıntıların şahidi olduq. İndi buradakı binaların, abidələrin necə bərpa və restavrasiya edilməsinin şahidiyik.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın