18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

POSTMÜNAQİŞƏ DÖVRÜNÜN BİRİNCİ İLİNİN NƏTİCƏLƏRİ DEMƏYƏ ƏSAS VERİR Kİ, QARŞIMIZDA DURAN BÜTÜN VƏZİFƏLƏR İCRA EDİLMİŞDİR

POSTMÜNAQİŞƏ DÖVRÜNÜN BİRİNCİ İLİNİN NƏTİCƏLƏRİ DEMƏYƏ ƏSAS VERİR Kİ, QARŞIMIZDA DURAN BÜTÜN VƏZİFƏLƏR İCRA EDİLMİŞDİR

POSTMÜNAQİŞƏ DÖVRÜNÜN BİRİNCİ İLİNİN NƏTİCƏLƏRİ DEMƏYƏ ƏSAS VERİR Kİ, QARŞIMIZDA DURAN BÜTÜN VƏZİFƏLƏR İCRA EDİLMİŞDİR.

 

Ölkə Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə təkcə 2022-ci ilin ilk üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Dövlətimizin başçısı əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi.Dövlətimizin başçısının üzərində dayandığı məsələlərin ayrı-ayrı bloklardan ibarətdir. Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezidentimiz cənab  İlham Əliyev beynəlxalq məsələlərə diqqət çəkərək ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki Böyük Qayıdış da, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə sıx əlaqədardır. Ona görə də Ölkə başçımız  İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT–nin davranışlarına diqqət çəkərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını “isterika” adlandıran dövlətimizin başçısı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etdiklərini vurğuladı. Prezidentimiz bu kontekstdə Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi.

Azərbaycanın xarici siyasəti müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğurlar qazanır. Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsi mühüm tarixi-strateji uğurdur.

Ölkə  başçısının öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdi. Bu, bu gün və gələcək üçün olduqca vacib çağırış idi: “Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkdi, Azərbaycan Ordusunun daima güclü olmasının vacibliyi qeyd edildi. Əslində, bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz peşəkar hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaq.

Dövlətimizin başçısının çıxışında postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətlərinə də xüsusi diqqət çəkilib. Prezidentimizin toxunduğu məqamlar regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafını özündə ehtiva edirdi.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi – Nicat Əhmədzadə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın