22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Elektrik  stansiyalar ilə bağlı perspektiv planlar

Elektrik  stansiyalar ilə bağlı perspektiv planlar

Elektrik  stansiyalar ilə bağlı perspektiv planlar.

 

Azərbaycan Vətən müharibəsini cəmi 44 gün ərzində tarixi Qələbə ilə başa çatdırdığı kimi, azad yurdlarımızı qısa müddətdə yenidən qurub inkişaf axarına qovuşdurmaq əzmini də bütün dünyaya nümayiş etdirməkdədir. Qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında icrasına başlanmış əhatəli layihələr buna sübutdur.

Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi və Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edilmiş, bu ərazilərimizin dirçəldilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanmışdır. Qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərməyə  başlayıb və bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir.

Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Bu aspektdə, Zəngilan və Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə “BP” şirkəti  ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir.

Bütün bunlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla, istehsal portfelində şaxələnmə və səmərəli idarəetməyə nail olmaqla bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın  gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.

 

 

Rafiq Məmmədov – Zərdab şəhər sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın