Zərdabda Ramazan ayı münasibətilə şəhid ailələri ilə görüş keçirilib-FOTO
Ramazan ayı münasibətilə rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının inzibati binasında görüş keçirilib.
Qanunla.Az xəbər verir ki,YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində qazanılan Zəfərdən danışıb.
Rayon İcra Hakimiyyəti Başçısı cənab Mərdan Camalzadənin təbrik və salamlarını tədbir iştirakçılarına çatdıran RİH Başçısının müavini
Xəyalə Veyisova ölkəmizdə, o cümlədən rayonumuzda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açdı.
Keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı və rayondan olan sahibkar tərəfindən şəhidlərin ailə üzvlərinə maddi yardım verilmişdir.
Görüşün sonunda şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.