21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tarixi təşəbbüs

Tarixi təşəbbüs

Tarixi təşəbbüs.

Hər bir xalqın milli varlığını müəyyən edən basilica amillərdən biri onun dilidir. Hər bir dili də yaşadan, inkişaf etdirib gələcək nəsillərə çatdıran da onun mənsub olduğu xalqdır. Milli- mənəvi sərvətdən, mənəviyyatdan bəhs olunanda , ilk ana dili yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək o xalqın özü də yoxdur. Çünki,bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir.Dilin zaman zaman inkişaf etməsi və zənginləşməsi tarixi şəxsiyyətlərin, dövlət başçılarının adı ilə sıx bağlıdır.Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. Onun Azərbaycan dilinin dövlət dili elan edilməsində çox böyük xidmətləri olmuşdur. Görkəmli şəxsiyyət ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə istiqamətdə qururdu. Bunlardan birincisi özünün bu sahədə həmişə şəxsi nümunə olmasıdır. Ana dilinin bütün incəliklərinə bələd olan, onun zəngin qrammatik imkanlarından ustalıqla istifadə etməyi bacaran ulu öndər yüksək səviyyəli tədbirlərdə bu dildə danışmaqla ana dilinə olan hörmət və məhəbbətini nümayiş etdirmişdir. 1978-ci il Konstitusiyası isə Heydər Əliyevin Ana dilinin inkişafı istiqamətində gördüyü ən böyük xidmətlərdəndir. Nəticədə dahi şəxsiyyətin təklif etdiyi şəkildə Azərbaycan dili dövlət dili statusu almışdır. Beləliklə, gələcək müstəqil dövlətçiliyin milli atributlarından biri qorunub saxlanılmışdır.

Dəkkəoba kənd tam orta məktəbin direktoru- Səlim Zeynalov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın