22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

 

Uzun illər idi ki , torpaqlarımızın böyük bir qismi erməni işğalı altında idi. Biz məsələyə istənilən halda humanist yöndən yanaşaraq sülh yolu ilə bu məsələnin həll edilməsinin tərəfadarı idik. Bir çox beynəlxalq qurumlar, təşkilatlar həmin torpaqların Azərbaycanın suveren ərazisi olduğunu təsdiqlədiyi halda, ərazi bütövlüyümüzü tanımayan yeganə dövlət olan ermənistan həyasızcasına həmin ərazilərdə bizim ata-babalarımız yaşayıb , ora bizim torpağımızdır deyirdilər. Halbuki , bütün tarixi araşdırmalar ermənilərin oraya sonradan köçürüldüyünü, həmin ərazidə erməni mədəniyyətinəaid heç bir qədim maddi-mədəni nümunə tapılmadığını göstərmişdir .
30 ilə yaxın bir müddət idi ki , xalqımız səbr etdi, dözdü və nəhayət 2020 -ci ilin sentyabrında başlayan 44 günlük müharibədə öz gücü , iradəsi hesabına tarixi ədaləti bərpa etmiş oldu.Torpaqlarımızı işğaldan azad etdi. Hal – hazırda erməni vandalizminə uğrayan torpaqlarımızda abadlıq, tikinti işləri aparılır. Tezliklə yurdundan didərgin düşmüş xalqımız həmin ərazilərə qayıdacaq.
Baş verən bütün bu hadisələr- qalibiyyət ölkə başçımızın yeritdiyi uğurlu siyasət və əsgərlərimizin , şəhidlərimizin , qazilərimizin gücü , əzmi və milli iradəsi hesabına əldə edilmişdir.

Yaşasın Azərbaycan ! Yaşasın hərbçilərimiz ! Qarabağ Azərbaycandır.

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın