Həzrəti Məhəmməd (s.ə.s) deyərdi ki, “Mərhəmət edənlərə Allah da mərhəmət edər”
Nəzərə alsaq ki, çoxqütblü dünyamızda yaşam şəraitləri ilə fərqlilik təşkil edən yüz milyonlarla insan var, o zaman bu prosesdə mərhəmət hissi ön plana keçir. Həzrəti Məhəmməd (s.ə.s) deyərdi ki, “Mərhəmət edənlərə Allah da mərhəmət edər”. Xatırladaq ki, son aylar ölkəmiz məhz mərhəmət edənlər ölkəsinə çevrilməklə, sanki dünyaya təbii nümunə sərgiləyir. Ölkə Prezidentinin çağırışı ilə imkanlı şəxslərin ehtiyacı olanlara maddi – mənəvi yardımlar etməsi ənənəyə çevrilib. Əslində Tanrı qismətini ehtiyacı olanlarla paylaşmaq, dini müqəddəslərdən qalan sağlam təməlli mirasdır. Və yəqin ki, gələcək nəsillər üçün də şərəf səhifələrində qalacaqdır. Lakin yardımlaşmanı həyat kredosuna çevirən insanlar üçün bu sadəcə növbəti borcdur. Bəli, təəccüblənməyək. İnsanlara yardım etməyi, məzlumun harayına çatmağı, son tikəsini belə ehtiyaclı soydaşı ilə bölməyi özü üçün borc, vəzifə bilən insanların yaşadığı dünyada yaşayırıq. Bunlardan biri də hörmətli, xeyirxahlığı həyat kredosuna çevirən şəxsiyyətlrdən biri də iş adamı xeyriyyəçi Şükür Astanovdur.. “Mənim bu xalqdan başqa millətim, bu dövlətdən başqa dövlətim yoxdur. Əgər nəyə isə nail olmuşamsa, bu Allahın lütvinə, dövlət başçısının etimadına görədir. Nə Tanrı lütvini, nə də Prezident etimadını itirməyə haqqım yoxdur. Etdiklərim Allaha xatir, eyni zamanda Prezidentimin tövsiyyəsidir.” Əslində bu cür insanların varlığı da məhz Tanrı mərhəmətidir. Kifayət qədər təvəzökar, reklamdan uzaq xeyirxahlıq simvolu olan Şükür müəllim hal-hazırda yenə də ehtiyaclı insanların yanındadır. “Əgər bir nəfərə yardım edirəmsə, çalışıram həmin ərzağın ünvanına tez çatmasına nail olum. Yardım ünvanına çatana kimi sanki hər keçən dəqiqə həyatıma il kimi yazılır.” Məhz bu xarakterinə görə də bəzən şəxsən özü ehtiyaclı insanların mənzilinə gedir. Söhbətləşir, dərdlərini, ehtiyaclarını dinləyir. Göründüyü kimi dünya yaxşılardan hələ də xali deyil.Ramazan ayı başladığı gündən hal-hazırdakı günə – dək 1000-dən çox ehtiyacı olan ailəyə öz şəxsi vəsaiti hesabına dəyəri 80- manata qədər olan ərzaq yardımı edib. Onu da xatırladaq ki, həmin ailələr əsasən yaşlılar, eyni zamanda hər hansı gəlirləri olmayan şəxslərin ailələridir. Əslində məhz budur insanlığın zirvəsi. Dahilərin insanlığa təlqin etmək istədikləri insanlıq nümunəsidir hörmətli Şükür müəllimin xeyirxahlığı. Əgər insan övladının etdikləri konteksində dünya bizi öz üzərində saxlayırsa, məhz bu cür şəxsiyyətlərin əməlləri sayəsindədir. Bizə isə yalnız bu cümləni demək qalır: Tanrı yardımçın olsun Böyük İnsan!
Davud İlkin,
Tarixin səhifələri qəzeti və Oxuinfo.az-ın redaktor müavini