Türkiyə bu ölkədə də əməliyyata başlayır – Ekspert
Türkiyə Suriyada hərbi əməliyyat keçirə bilər, bu, gündəmdədir.
Qafqazaz.com xəbər verir ki, bu barədə türkiyəli ekspert Emin Pazarcı deyib.
“Türkiyə əvvəldən deyir ki, bu, kifayət deyil. Başqa sözlə, Suriyanın bir sıra bölgələrindən Türkiyə üçün təhlükə var. Müəyyən zamanlarda ciddi konfliktlər baş verir. Əsgərlərimiz ölür. Əməliyyat hər zaman gündəmdə və masadadır. Türkiyə bu əməliyyatı zəruri olduğu halda keçirəcək. Bu baxımdan buna laqeyd yanaşmaq olmaz. Bunun baş verməyəcəyini düşünmək, məncə, yanlışdır”, – deyə ekspert bildirib.
Qeyd edək ki, Türkiyə hazırda İraqın şimalında terrorçulara qarşı “Pəncə Qıfıl” əməliyyatı keçirir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın