21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir

Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir

Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir.

Azərbaycanın Ermənistan tərəfinə göndərdiyi sülh təklifi təkcə iki ölkənin ərazi məsələsi, dinc şəraitdə yaşaması yox, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olması məqsədini güdür. Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan tərəfi humanist addımlarla yanaşaraq Ermənistan tərəfinə sülh təklif etdi. Azərbaycan regiona uzunmüddətli sülhü gətirmək və ermənilərin 30 il ərzində talan edib dağıtdıqları, viran qoyduqları əraziləri yenidən cənnətə çevirmək istəyir. Qarabağda aparılan sürətli abadlıq-quruculuq işləri nəticəsində qısa zamanda məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacağını əminliklə söyləyə bilərik.İşğalçıya, faşizmə qarşı vuruşmaqla tək öz vətənimiz deyil, bütövlükdə regionun təhlükəsizliyi uğrunda mübarizə apardıq və bu mübarizədə qalib gəldik. Artıq bundan sonrakı mərhələlərdə amalımız iki ölkə arasında problemli məsələlərə son qoyub qarşılıqlı əlaqələrimizi davam etdirməkdir. Doğrudur, postmünaqişə dövründə ermənilərin müxtəlif vaxtlarda müxtəlif miqyaslı təxribatlarının şahidi olduq. Buna baxmayaraq, istənilən halda, bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı və təxribatçılara tutarlı cavab verildi. Ermənilər bir daha anladılar ki, Azərbaycana güc göstərmək və ya buna cəhd edərək Azərbaycan torpaqlarını yenidən ələ keçirmək mümkün olmayacaq. Bu cür təxribatlar faktiki olaraq Ermənistanın müstəqilliyinə böyük zərbə vurur və onların təxribatçı əməllərindən sonra ölkədə böyük narazılıq qarşıdurmalar yaranır.
Əgər sülh müqaviləsi imzalanarsa və Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsip həyata keçərsə, o zaman Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Məqsədimiz, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik və bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs yalnız və yalnız sülhə xidmət edir.
Azərbaycanın mövqeyi Cənubi Qafqazda lider ölkə statusundadır. Həm iqtisadi, həm də strateji cəhətdən Azərbaycan bu regionda sülhün bərqarar olmasında maraqlıdır. Həmçinin, Cənab prezident hər beynəxalq formatlı çıxışlarında yalnız Azərbaycanın yox, eləcə də Cənubi Qafqazın taleyi ilə bağlı məsələləri gündəmə gətirir. Bu isə o deməkdir ki, Azərbaycanın rəhbəri bu gün yalnız öz ölkəsi yox, regionun problemlərini də öz çiyninə götürmək və onu müvəffəqiyyətlə həll etmək iqtidarındadır.Ona görə də ermənilər vaxtında seperatizm mövqelərindən çəkinməlidirlər. Çünki onların işğalçı mövqeyi uzun illərdir ki,Ermənistan dövlətini 30 il geri salıb. Bu gün ermənilər düşünməlidir ki, yaxın vaxtlarda bizim tarixi torpaqlarımıza sahibləri Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu zaman isə həmin ermənilərin başqa seçimi olmayacaq. Ya qonşuluq formasında yaşamaq, ya da köçüb getmək. Ancaq son hadisələr onu göstərir ki, bəzi ermənilər də anlayıb ki, onların normal həyat yaşaması üçün yeganə yer Azərbaycandır. Ona görə də vaxtında düzgün qərar verməlidirlər və verəcəklər.

 

Zərdab rayonu, Şıxbağı kənd tam orta məktəbinin direktoru- Sabir Əhmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın