Özbəkistan sərhədçiləri 3 Qırğızıstan vətəndaşını güllələdi
Özbək hərbçiləri Qırğızıstanla sərhəddə 3 Qırğızıstan vətəndaşını güllələyiblər.
Qafqazaz.com xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Sərhəd Xidməti məlumat yayıb.
“Cəlal-Abad rayonunun dövlət sərhədinin Qırğızıstan-Özbəkistan hissəsində Özbəkistan Respublikasının sərhədçiləri Qırğızıstan Respublikasının üç vətəndaşına qarşı silahdan istifadə ediblər. Nəticədə üç Qırğızıstan vətəndaşı yaralanaraq Ala-Bukinsk vilayətindəki xəstəxanaya çatdırılıb, onlar güllə yaralarından ölüblər”, – məlumatda deyilir.
Hadisə ilə bağlı əməkdaşlıq edən qurumlar da məlumatlandırılıb, istintaq işlərinə başlanılıb.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın