Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki yekun aktı və beynəlxalq hüquq normalarına uyğundur
Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki yekun aktı və beynəlxalq hüquq normalarına uyğundur.
Bütün dünyaya məlumdur ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik qrupların, xalqların yaşadığı bir ölkədir. Müharibənin acı təzahürləri onlarda türkofobiya hissi yaratmışdır, halbuki Qarabağda yaşayan erməniləri də biz öz vətəndaşlarımız hesab edirik. Azərbaycan tərəfi iki tərəf arasında qarşılıqlı anlaşmanın , sülhün bərpa edilməsi üçün əlindən gələni edir. Ümid edirik ki, onlar gec-tez anlayacaqlar ki, onların bütün hüquq və azadlıqları, təhlükəsizlikləri təmin olunacaq. Necə ki Azərbaycand digər etnik qruplar sülh içərisində yaşayır, ermənistan da həmçinin…
Möhtərəm prezidentimiz bir ildən artıqdır ki, hər iki dövlət arasında sülhün vacibliyini bəyan edir. Lakin qarşı tərəfin əsassız iddiaları buna mane olurdu. Əlbəttə, bu da başa düşüləndir, çünki onların ideoloji təməlləri sarsılıb.Onların bütün ideoloji təməlləri işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Ancaq istənilən halda Ermənistan tərəfi dərk etməlidir ki, bölgədə sülh və əmin-anmanlıq yaradılması onların təhlükəsizliyinin, eyni zamanda da iqtisadi inkişafının təminatıdır. Bizim təklif etdiyimiz həmin 5 prinsip bunun üzərindəqurulmuş və bir çox öklələr tərəfindən də məqbul sayılmışdır. Ümidvarıq ki , gec-tez fantaziyalardan uzaqlaşıb bütün həqiqətləri olduğu kimi dərk edəcəklər !
Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən