14.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Zərdablı kümçülər cari mövsümdə yüksək nəticələr əldə etmək əzmindədirlər

Zərdablı kümçülər cari mövsümdə yüksək nəticələr əldə etmək əzmindədirlər

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda xeyli iş görülmüş və bunun nəticəsidir ki, son 4 ildə Zərdab rayonu barama tədarükü sahəsində respublikada ən yüksək göstəriciyə nail olmuşdur. 2021-ci ildə Zərdab rayonunda əvvəlki ilə nisbətən 6,3 ton çox olmaqla 67 ton 950 kq barama tədarük olunmuşdur.

Cari ildə də bu sahədə yüksək nəticələrə nail olmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyi altında kümçülərimiz səylə çalışırlar.

2022-ci ilin məhsulu üçün kümçülərə 1350 qutu ipəkqurdu toxumu paylanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində  barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, yemlə təminatında yaranan çətinlikləri aradan qaldırmaq üçün kümçülərə müvafiq köməkliklər göstərirlər.

Kümxanalarda olan hazırkı vəziyyət deməyə əsas verir ki, bu il də zərdablılar barama tədarükü sahəsində yüksək nəticələr əldə edəcəklər.

image-945b8482360071aea625ced852d18491image-54efe72c50eecabc6cad22c495eb4819

image-4c8a0516742329baec61a9038c805eba

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın