QARABAĞ ZƏFƏRİ MİLLƏTİMİZİN QƏHRƏMANLIQ DASTANLARININ ƏN SON ÖRNƏYİDİR
QARABAĞ ZƏFƏRİ MİLLƏTİMİZİN QƏHRƏMANLIQ DASTANLARININ ƏN SON ÖRNƏYİDİR
Ötən həftənin ən mühüm və dünya miqyaslı hadisələrindən biri heç şübhəsiz ki, qardaş və dost Türkiyənin Lideri, daim Azərbaycan xalqının yanında olan cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Bakıda ilk dəfə keçirilən “TEKNOFEST AZƏRBAYCAN” Aerokosmik və texnologiya festivalında iştirakı oldu.Bu səfər, bu festival sıradan bir hadisə deyildi, bu “Bir millət-iki dövlət” deyiminin əməldə təsdiqi, qardaşlığın, bərabərliyin, birgəliyin növbəti əyani təzahürü və təcəssümü idi. Bütün dünyaya bir daha birlik və bərabərliyimiz, həmrəyliyimiz nümayiş etdirildi, bir daha bütün dünya gördü ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyini kimsə poza, sarsıda bilməz və bilməyəcək. Hər zaman bir idik, hər zaman bir olmuşuq, hər zaman birik və hər zaman da bir olacağıq!
Cənab Ərdoğanın da festivalda tarixi çıxışı zamanı bəyan etdiyi kimi, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq, göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Beləliklə, 2020-ci ilin son aylarında hər kəs “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin əsl mahiyyətini, bu kəlamın fəlsəfəsinin nədən ibarət olduğuna şahidlik etdi. İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Azərbaycan 27 il ərzində onun ədalətli mövqeyini qəbul etmək istəməyənlərə, Ermənistana və ona havadarlıq edib işğalın davam etdirilməsini təmin edənlərə 44 gün ərzində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə başa saldı ki, artıq o, özü bir güc sahibidir.Güclü iqtisadiyyatı, qüdrətli ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu.
Bir sözlə, Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu. Cənab Prezidentin də ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar.
Torpaqlarımızın qorunması, ərazilərimizin bütöv olması yolunda canlarından keçmiş şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir. Bu döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Azərbaycan bu gün öz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- KÖNÜL RƏHİMOVA