Azərbaycanlı xalqı qurub-yaradan xalqdır
Azərbaycanlı xalqı qurub-yaradan xalqdır.
Cənab Prezidentimiz İlham Əliyev əzəli torpaqlarımızı azad edərək, Şuşa şəhərində üçrəngli bayrağımızı dalğalandıraraq Ümummilli Lider Heydər Əliyevin ən mühüm vəsiyyətini yerinə yetirdi.
Ali Baş Komandanımız 44 gün ərzində 2 əsrlik münaqişəyə, 30 illik müharibəyə son qoydu. Əsrlər sonra ilk dəfə torpaqlarımızı qəsbkarlardan geri almağı bacarmış dövlət rəhbəri kimi adını tarixə yazdı.
44 günlük Vətən müharibəsində cənab İlham Əliyev təkcə hərbi əməliyyatların komandanı deyildi, eyni zamanda informasiya cəbhəsinin, diplomatiya cəbhəsinin də baş sərkərdəsi idi və Azərbaycan bütün bu cəbhələrdə Müzəffər Komandanın rəhbərliyi ilə böyük zəfər qazandı.Bu qələbə tariximizin elə möhtəşəm məqamıdır ki, əsrlər sonra da qürur mənbəyimiz kimi xatırlanacaq.
Azad torpaqlarımızda artıq cənab İlham Əliyevin qurucu əlləri ilə yeni tarix başlanıb. Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq-bərpa prosesləri gedir. Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinin, torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca Ümummilli Liderin adını daşıyan fond Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə azad Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində müstəsna rol oynayır.
Ümumən Azərbaycanın son onilliklərdə qazandığı tarixi nailiyyətlərdə Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın böyük xidmətləri var və bu gün onun iştirakı ilə azad torpaqlarımızda aparılan işlər də Vətənə xidmətin parlaq nümunəsidir.
Azərbaycanın zəfəri ilə regionda yaranmış tarixi reallıqlar fonunda bu gün Ali Baş Komandan İlham Əliyev artıq Qafqazın hərbi-siyasi lideridir. Regiondakı proseslər Azərbaycanın və cənab İlham Əliyevin şərtləri, diktəsi altında həyata keçirilməkdədir. Azərbaycan Prezidentinin sülh danışıqlarının başlanması üçün irəli sürdüyü 5 prinsipi artıq Ermənistan tərəfi qəbul edib və bu, rəsmən təsdiqlənib. Dünya miqyasında Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə aparılan üçtərəfli danışıqların məcrası da prosesin cənab İlham Əliyevin müəyyən etdiyi strategiyaya uyğun həyata keçirildiyini göstərir. Bu, bütün regionun faydasınadır. Cənubi Qafqazda sülh, qarşılıqlı əməkdaşlıq, davamlı inkişaf, insanların xoşbəxtlik və rifahı arzusunun gerçəkliyə yaxınlaşmasıdır. Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı günlərdir. Bu şanlı tarix Heydər Əliyevin əbədiyyət ömrünün davamıdır.
Ariz Pənahov – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin direktor müavini