Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür
Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür
Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir. Vətənpərvər gənclər, orduda olan nizam intizam, müasir silahlar və Ali Baş Komandanın qətiyyəti 44 gün ərzində Azərbaycan ordusunun düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Bu qələbəyə aparan ən başlıca amil vətənə olan sevgi və müstəqillik dövründə yetişən vətənpərvər gənc nəsil olmuşdur. Bu gün bütün dünya Azərbaycanın həm fiziki cəhətdən, həmdə döyüş qabiliyyəti, həmdə vətənə olan sevgi və məhəbbəti olan gənclərə malik olduğunu bir daha gördü. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti bu gün ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkə başçısının gənclərə göstərdiyi qayğı onların vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Gənclər bütün sahələrdə dövlətdən və onun rəhbərindən daim diqqət qayğı görürlər. Məhz torpaqlarımızın azad olunmasında bu amil mühüm rol oynamışdır.
Əvəz Soltanov
Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini